İdarə Heyəti

Prezident

Turan Özbahçeci, İstanbulda 18 kvadratmetrlik kiçik bir marketlə başlayaraq, cəmi 12 il ərzində 52 supermarketə çataraq ilk uğurunu qazanmışdır. Daha sonra, bu marketlərin böyük bir qismini dünyanın ən böyük üç pərakəndə nəhəngindən biri
olan İngiltərə mərkəzli Tescoya satmağı bacarmış və geridə qalan marketləri isə yerli bir şəbəkəyə təhvil verərək, bu layihəni uğurla tamamlamışdır. Bu ilk addım, Turan Özbahçecinin pərakəndə sahəsində mühüm bir uğur hekayəsi olmuşdur.
Türkiyədəki pərakəndə sektorundakı fəaliyyətlərinə
davam edərkən, İstanbul Pərakəndəçilər Dərnəyində 2 il sədr müavini, 2 il isə sədrolaraq çalışmışdır. Eyni zamanda, Pərakəndəçilər Dərnəyində 72 pərakəndə markasını bir araya gətirərək Fayda Mağazacılıq Anonim Şirkətini də məhz Turan
Özbahçeci qrurmuşdur. Burada, “Saf və Nefis” markalı məhsullarla və bir çox xüsusi layihələrlə, yerli pərakəndəçilərin beynəlxalq oyunçularla rəqabət aparmasını təmin etmiş və Türkiyə Pərakəndəçilər Federasiyası sədr müavini vəzifəsini
də uzun müddət icra etmişdir.
2008-ci ildə başladığı və hələ də 2024-cü ildə davam
edən “Yerel Zincirler Buluşuyor” konfransının isim babası və qurucusu
olmuşdur. Bu layihə, yerli pərakəndəçilərin bir araya gələrək təcrübələrini
paylaşmalarını və yeni yəməkdaşlıqlar qurmalarını hədəfləmişdir.
Ənənəvi düşüncələri dəyişən layihələr arasında Port
Baku Ticarət Mərkəzində Portpazar mağazasının fəaliyyətə başlaması da başda yer alır. Mağaza, sadəcə 3 ay ərzində, 18 sentyabr 2010-da möhtəşəm bir açılışla fəaliyyətə başladı və hələ də Azərbaycanın ən mühüm pərakəndə layihələrindən biri olaraq davam edir. Bu layihə, Başdan sona Özbahçeci Layihəsi çərçivəsində həyata keçirilmişdir.
Azərbaycanda, 2010-cu ildə qurulan və bu gün ölkənin ən
böyük market şəbəkəsi olan Araz Supermarketlərinin qurucu ortaqlarından biri də Turan Özbahçecidir. Şirkətin ilk rəhbəri olaraq, Araz marketlərinin yaradılmasını həyata keçirmiş və “Ardaş Azərbaycan” şüarı ilə markanı inkişaf etdirmişdir. Bu layihə, Özbahçecinin ən mühüm təşəbbüslərindən biridir
və bu gün Azərbaycan bazarında bir nömrədir.
Azərbaycanın məhsullarını dünya bazarına çıxarmaq
missiyası ilə Dubay və Dohada Azərbaycan Ticarət Evi layihələrini həyata keçirmişdir. Bu layihələrlə, əlliyə yaxın müəssisənin və fabrikin məhsullarını dünya bazarına çıxararaq Azərbaycan ixracı böyük həcmdə artmışdır.
Uşaq bezi istehsalı ilə məşğul olan bir fabrik satın
alaraq, çox qısa müddətdə Azərbaycanın ən mühüm uşaq bezi markalarından biri olan “Miniboss” markalı uşaq bezlərini və “Lalona” markalı kağız məhsullarını bazara çıxarmışdı. Bu gün bu fabrik, 24/7 işləyərək Özbəkistan başda olmaqla bir çox ölkəyə ixrac edir.

Gloria Jeans Coffee ilə qlobal bir əməkdaşlıq quraraq,
əvvəl Rusiyada, sonra Ukraynada, İstanbulda, Monteneqroda, Polşada və Özbəkistanda Gloria Jeans Coffee master françayzlarını almış və bu ölkələrdə böyüməni təşkil
etmişdir. Bu iş birliyi hələ də beş ölkədə davam edir.
2015-ci ildə 12 şirkətin bir mərkəzdən idarə olunması üçün mərkəzi Dubayda Yerləşən TAAC DMCC şirkətinin qurucu ortağı olmuşdur.

 2014-cü ildə Azərbaycanın ən mühüm un məmulatları
fabriki olan “Azcake”ı qurmuşdur. Bu gün 1200 işçisi ilə bazarın ən mühüm un məmulatları fabriki olmuşdur. Eyni zamanda, Qarabağın azad edilməsindən sonra, bu bölgədə ilk iş fəaliyyətini Azcake Çörək Zavodunu quraraq həyata
keçirmişdir. Dünyanın bir çox yerində fəaliyyət göstərən Özbahçeci, Bolqarıstanda yaxın zamanda bir yaş salfet fabriki qurmuş və bu fabrikdən Avropanın bir çox ölkəsinə ixracata başlamışdır. Gənclərə dəstək vermək məqsədilə bir YouTube kanalı quraraq, burada ənənələri dəyişən təlimlər təklif edən bir platform yaratmışdır. Bu platformda, “Üşənmə, ertələmə, vazkeçmə” prinsipləri ilə gənclərə yönələn məzmunlar hazırlayır və hər həftə müntəzəm təlimlər verərək izləyicilərini maarifləndirməyə dəvam edir..

 Beynəlxalq layihələrdən biri olan Özbahçeci Invest
Club-ı dörd dostu ilə birgə qurmuş və hər gün böyüyən bir biznes modelə çevrilmişdir.Yüzlərlə layihələrə dəstək verilərək ölkədə yeni bir investisiya modeli yaratmışdır. Bu klub, gənclərin fikirlərini, yaxşı rəhbərlər və investorlarla bir araya gətirib, dünya markalarını yaratmağa davam edəcəkdir.

Turan Özbahceci təkcə yaxşı rəhbər deyil, sözün əsl mənasında LİDERDİR.

Member
Tədbirlər

Beynəlxalq görüşlərdə peşəkarlarla ünsiyyətdə olun

vector

2024-cü ildə Özbahçeci İnvest Klubu, 100-dən çox startap layihəsini dəyərləndirmiş və onlardan 3 sayda layihəyə maliyyə dəstəyi göstərmişdir.

20 Avqust
StartUp

"Xəyallardan Gələcəyə"

share
faq

Hansı məbləğdə investisiya almaq mümkündür?

Layihəmin qiymətləndirilməsi nə qədər vaxt aparır?

Qiymətləndirmə zamanı hansı meyarlara baxılır?

Müraciət üçün hansı sənədlər tələb olunur?

Beynəlxalq bazarlara çıxış imkanı varmı?

İnvestisiya ilə bağlı əsas risklər nələrdir?

Xəbərlər
news
19 avqust 2024

Dünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək

Xəbəri oxu share
news
19 avqust 2024

Dünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək

Xəbəri oxu share
news
19 avqust 2024

Dünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək

Xəbəri oxu share