İdarə Heyəti
İnvest Club İdarə heyətimiz
Direktorlar şuramız klubun missiyasına və vizyonuna sadiq olan təcrübəli və ixtisaslı insanlardan ibarətdir.İdarə Heyətinin üzvləri müxtəlif bacarıqlara və perspektivlərə malikdir və hamısının müxtəlif sektorlarda uğurlu təcrübələri var.
Prezident
Turan Özbahçeci, İstanbulda 18 kvadratmetrlik kiçik bir
marketlə başlayaraq, cəmi 12 il ərzində 52 supermarketə çataraq ilk uğurunu
qazanmışdır. Daha sonra, bu marketlərin böyük bir qismini dünyanın ən böyük üç
pərakəndə nəhəngindən biri
olan İngiltərə mərkəzli Tescoya satmağı bacarmış və geridə qalan marketləri isə
yerli bir şəbəkəyə təhvil verərək, bu layihəni uğurla tamamlamışdır. Bu ilk
addım, Turan Özbahçecinin pərakəndə sahəsində mühüm bir uğur hekayəsi olmuşdur.
Türkiyədəki pərakəndə sektorundakı fəaliyyətlərinə
davam edərkən, İstanbul Pərakəndəçilər Dərnəyində 2 il sədr müavini, 2 il isə sədrolaraq
çalışmışdır. Eyni zamanda, Pərakəndəçilər Dərnəyində 72 pərakəndə markasını bir
araya gətirərək Fayda Mağazacılıq Anonim Şirkətini də məhz Turan
Özbahçeci qrurmuşdur. Burada, “Saf və Nefis” markalı məhsullarla və bir çox
xüsusi layihələrlə, yerli pərakəndəçilərin beynəlxalq oyunçularla rəqabət
aparmasını təmin etmiş və Türkiyə Pərakəndəçilər Federasiyası sədr müavini vəzifəsini
də uzun müddət icra etmişdir.
2008-ci ildə başladığı və hələ də 2024-cü ildə davam
edən “Yerel Zincirler Buluşuyor” konfransının isim babası və qurucusu
olmuşdur. Bu layihə, yerli pərakəndəçilərin bir araya gələrək təcrübələrini
paylaşmalarını və yeni yəməkdaşlıqlar qurmalarını hədəfləmişdir.
Ənənəvi düşüncələri dəyişən layihələr arasında Port
Baku Ticarət Mərkəzində Portpazar mağazasının fəaliyyətə başlaması da başda yer
alır. Mağaza, sadəcə 3 ay ərzində, 18 sentyabr 2010-da möhtəşəm bir açılışla fəaliyyətə
başladı və hələ də Azərbaycanın ən mühüm pərakəndə layihələrindən biri olaraq
davam edir. Bu layihə, Başdan sona Özbahçeci Layihəsi çərçivəsində həyata
keçirilmişdir.
Azərbaycanda, 2010-cu ildə qurulan və bu gün ölkənin ən
böyük market şəbəkəsi olan Araz Supermarketlərinin qurucu ortaqlarından biri də
Turan Özbahçecidir. Şirkətin ilk rəhbəri olaraq, Araz marketlərinin
yaradılmasını həyata keçirmiş və “Ardaş Azərbaycan” şüarı ilə markanı inkişaf
etdirmişdir. Bu layihə, Özbahçecinin ən mühüm təşəbbüslərindən biridir
və bu gün Azərbaycan bazarında bir nömrədir.
Azərbaycanın məhsullarını dünya bazarına çıxarmaq
missiyası ilə Dubay və Dohada Azərbaycan Ticarət Evi layihələrini həyata
keçirmişdir. Bu layihələrlə, əlliyə yaxın müəssisənin və fabrikin məhsullarını
dünya bazarına çıxararaq Azərbaycan ixracı böyük həcmdə artmışdır.
Uşaq bezi istehsalı ilə məşğul olan bir fabrik satın
alaraq, çox qısa müddətdə Azərbaycanın ən mühüm uşaq bezi markalarından biri
olan “Miniboss” markalı uşaq bezlərini və “Lalona” markalı kağız məhsullarını
bazara çıxarmışdı. Bu gün bu fabrik, 24/7 işləyərək Özbəkistan başda olmaqla
bir çox ölkəyə ixrac edir.
Gloria Jeans Coffee ilə qlobal bir əməkdaşlıq quraraq,
əvvəl Rusiyada, sonra Ukraynada, İstanbulda, Monteneqroda, Polşada və Özbəkistanda
Gloria Jeans Coffee master françayzlarını almış və bu ölkələrdə böyüməni təşkil
etmişdir. Bu iş birliyi hələ də beş ölkədə davam edir.
2015-ci ildə 12 şirkətin bir mərkəzdən idarə olunması üçün mərkəzi Dubayda Yerləşən
TAAC DMCC şirkətinin qurucu ortağı olmuşdur.
2014-cü ildə Azərbaycanın ən mühüm un məmulatları
fabriki olan “Azcake”ı qurmuşdur. Bu gün 1200 işçisi ilə bazarın ən mühüm un məmulatları
fabriki olmuşdur. Eyni zamanda, Qarabağın azad edilməsindən sonra, bu bölgədə
ilk iş fəaliyyətini Azcake Çörək Zavodunu quraraq həyata
keçirmişdir. Dünyanın bir çox yerində fəaliyyət göstərən Özbahçeci,
Bolqarıstanda yaxın zamanda bir yaş salfet fabriki qurmuş və bu fabrikdən
Avropanın bir çox ölkəsinə ixracata başlamışdır. Gənclərə dəstək vermək məqsədilə
bir YouTube kanalı quraraq, burada ənənələri dəyişən təlimlər təklif edən bir
platform yaratmışdır. Bu platformda, “Üşənmə, ertələmə, vazkeçmə” prinsipləri
ilə gənclərə yönələn məzmunlar hazırlayır və hər həftə müntəzəm təlimlər verərək
izləyicilərini maarifləndirməyə dəvam edir..
Beynəlxalq layihələrdən biri olan Özbahçeci Invest
Club-ı dörd dostu ilə birgə qurmuş və hər gün böyüyən bir biznes modelə
çevrilmişdir.Yüzlərlə layihələrə dəstək verilərək ölkədə yeni bir investisiya
modeli yaratmışdır. Bu klub, gənclərin fikirlərini, yaxşı rəhbərlər və
investorlarla bir araya gətirib, dünya markalarını yaratmağa davam edəcəkdir.
Turan Özbahceci təkcə yaxşı rəhbər deyil, sözün əsl mənasında LİDERDİR.
Vitse-Prezident
İnvest Club Danışmanı
Doğan Tomris 36
ildir ki, restoran və xidmət sənayesində böyük həvəslə çalışır. Uzun illər
McDonald’s-ın Türkiyədəki əməliyyatlarında çalışdıqdan sonra 25 ildir Rusiya,
Azərbaycan, Gürcüstan və region ölkələrində ilk günün həyəcanı ilə işləyir.
Ticarət mərkəzinin idarə edilməsi, sıfırdan restoran sənayesinin qurulması və
açılması, brendin yenilənməsi, françayzinq sisteminin qurulması, françayzinq əldə
edilməsi və startap konsultasiyası onun təcrübə sahələridir. Biliklərini bölüşmək
üçün müxtəlif qeyri-hökumət təşkilatlarında iştirak edir. Azərbaycan
Sahibkarlar Konfederasiyasının restoran xidmətləri komissiyasının təsisçisidir.
Azərbaycan Françayzinq Assosiasiyasında məsləhətçi vəzifəsində çalışır. O, Akiab
və digər iş adamlarının təşkilatlarını təlim və təşkilat meneceri kimi dəstəkləyir.
İnvest Komitə Müdürü
Kamil Bağırov CraZzy Bear konseptual restoranının sahibi və təsisçisidir. CraZzy Family şirkətləri CraZzy Bear restoranı ilə yanaşı CraZzy Chameleon, CraZzy Mosquito, CraZzy Gifts, CraZzy Partners, CraZzy Aghabala Chaykofski və digər məkanları özündə birləşdirir. Kamilin məqsədi Azərbaycanı dünyada konseptual restoranların əmələ gəldiyi bir ölkə kimi tanıtmaq və ölkənin bu sahədəki nüfuzunu gücləndirməkdir.
Hansı məbləğdə investisiya almaq mümkündür?
50.000 - 10.000.000 ABŞ dolları arasında investisiyalar təmin edilir
Layihəmin qiymətləndirilməsi nə qədər vaxt aparır?
3-4 həftə ərzində investisiya təsdiqi komandamız layihənizi nəzərdən keçirir və ətraflı hesabat hazırlayır.
Qiymətləndirmə zamanı hansı meyarlara baxılır?
Layihənin innovativ ruhu, komandanın potensialı, bazar imkanları və real dəyər yaratma potensialı əsas götürülür.
Müraciət üçün hansı sənədlər tələb olunur?
Əsas tələb olunan sənədlər:
• Biznes planı
• Maliyyə proqnozları və hesabatlar
• SWOT təhlili
• Bazar araşdırması
• Komanda haqqında məlumat
• Cari vəziyyət hesabatı
Beynəlxalq bazarlara çıxış imkanı varmı?
Bəli, beynəlxalq bazarlara çıxış üçün güclü təmsilçilik şəbəkəmiz var:
Hollandiya nümayəndəliyimiz vasitəsilə Avropa bazarına
• Türkiyə təmsilçiliyimiz ilə Türkiyə bazarına
• Montenegro ofisimiz ilə Balkan bazarına çıxış imkanları təmin edirik
• Azexport Portalı ilə əməkdaşlığımız çərçivəsində Amazon, Ebay, Alibaba kimi qlobal platformalara çıxış
İnvestisiya ilə bağlı əsas risklər nələrdir?
Əsas risklər:
• İnvestisiyanın qismən və ya tam itirilməsi
• Gəlir əldə etməmə
• Qeyri-likvid aktivlər riski
• Kommersiya məqsədlərinə çata bilməmə riski
Dünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək
Xəbəri oxuDünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək
Xəbəri oxuDünyanın aparıcı startapları, iş adamları, sahibkarlar və idarə heyəti ilə görüşə bilmək
Xəbəri oxu